Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası hər il keçiriləcək

4 İyun 2016 19:30 (UTC+04:00)

Her il Prezident İlham Əliyevin sədri olduğu Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə qərar Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə yenidən Şuranın icraçı katibi seçilib.