Röya ilə Miri Yusif yenidən birləşəcəklər

4 İyun 2016 21:00 (UTC+04:00)

Əməkdar artist Röya Ayxanla müğənni Miri Yusif bir araya gələcəklər. 

Movqe.az-ın axşam.az-a istinadla məlumatına görə, ifaçılar duet oxuyacaqlar. 

Bu haqda M.Yusif əməkdaşımızla söhbətində deyib. O, mahnının hazırda yazıldığını bildirib:

"Sənətimdə fasilə vermirəm. Hər zaman da çalışqan insanlarla işləyirəm. Birlikdə keyfiyyətli iş görməliyik. Röya da mükəmməl və peşəkardır".

Qeyd edək ki, bu müğənnilərin ilk dueti deyil. Röya və Miri Yusif bundan əvvəl "Biz qalib olmalıyıq" mahnısını duet şəklində oxuyublar.

Milli.Az