90 kq arıqlayıb incə qız oldu - FOTOLAR

5 İyun 2016 19:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yeni Zelandiyada yaşayan qadın bir il ərzində 90 kq arıqlayıb. Simona Anderson əvvəlcə mədə kiçiltmə əməliyyatı etdirib. Sonra isə idmanla ciddi şəkildə məşğul olmağa başlayıb. Lakin arıqladıqdan sonra dəri sallanma problemi ilə üzləşib. Bu problemi həll etmək və sallanmış dərisini bərpa etmək üçün estetik cərraha müraciət edib. Gənc qadın indi tamamilə başqa biri olub. O, arıqlamaq istəyənlərə həm sosial şəbəkələr, həm də bloqu vasitəsi ilə məsləhətlər verir.

Simona Anderson arıqlamaq qərarını hər hansı bir məcburiyyətdən deyil, sadəcə həyatını asanlaşdırmaq və daha sağlam olmaq istəməsi ilə izah edib. Gənc qadın kök olanda evindəki zibili atmağa belə çətinlik çəkdiyini desə də, hazırda özünü çox sağlam hiss etdiyini bildirib./publika.az/

90 kq arıqlayıb incə qız oldu - FOTOLAR
90 kq arıqlayıb incə qız oldu - FOTOLAR
90 kq arıqlayıb incə qız oldu - FOTOLAR
90 kq arıqlayıb incə qız oldu - FOTOLAR
90 kq arıqlayıb incə qız oldu - FOTOLAR