Hindistanda sərnişin avtobusu aşıb, 17 nəfər ölüb

5 İyun 2016 12:30 (UTC+04:00)

Hindistanda sərnişin avtobusunun iki avtomobili ilə toqquşaraq dərəyə yuvarlanması nəticəsində on yeddi nəfər ölüb.

Movqe.az  RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Hindistanın Maxaraştra ştatında baş verib.

Hadisə nəticəsində ən azı 35 nəfər xəsarət alıb.