Oruc tutmağın rahat yolu

5 İyun 2016 21:30 (UTC+04:00)

Movqe.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, pəhriz və qidalanma mütəxəssisi Serab Güzel isti havanın maye tələbatını artıracağı üçün iftar zamanı yeyilən yeməklərə diqqət yetirilməli olduğunu tövsiyyə edir. Onun fikrincə, ayran, doğramac, süd, kefir, təzə meyvə-tərəvəz, bitki çayları maye ehtiyacını qarşılayır.
 
Sağlam iftar necə olmalıdır?
 
1-2 stəkan su, zeytun, xurma, pomidor, xiyar göyərti ilə orucu açmaq və 15-20 dəqiqə gözləyib sonra yeməyə başlamaq, həm mədəni rahatlaşdırır, həm də sinir sisteminə mənfi təsir göstərmir. Bütün gün aclıqdan sonra qan şəkəri aşağı düşür, yemək yeyiləndə isə sürətlə yüksəlir. Bu da iftar sonrası ağırlıq çökməsi və yuxu halının pisləşməsinə səbəb olur. İftar zamanı süfrələrdə hər növ yemək ola bilər, amma bunu az-az qəbul etmək məsləhətdir. Zülal ehtiyac edən yeməklər (ət, toyuq, balıq), çörək növü karbonatlı yeməklər (plov, bulqur, kartof, şorba və s), salat-tərəvəz əhatə edən yaşıllıq və qatığın qəbulu bədənin qüvvətli və sağlam qalması üçün şərtdir. Xəmir yeməkləri, qızartmalar, sousların qəbuluna diqqət yetirilməlidir. Ağır yeməklər həzmi çətinləşdirir və qaz, reflyuks, qastrit, mədədə yanma və s. narahatlıqlara yol açır.
 
Toxluq üçün lavaş deyil, buğda çörəyi yeyilməlidir

Aclığa dayanma gücünü artırmaq və qan şəkərinin balansını qorumaq üçün sübhdən  buğda unundan çörək yemək lazımdır.  Buğda, çovdar, kəpəkli çörək  lavaşa görə insanı daha tox tutar. Sübhdən lavaş əvəzinə, buğda çörəyi yeməyə çalışın. Eyni zamanda yumurta, yanında qatıq, yulaf toxluğu uzun zaman qoruyur.