Rza Zərrabı GÜLLƏLƏYİN: Vəkildən təklif

6 İyun 2016 09:00 (UTC+04:00)

Rza Zərrabı GÜLLƏLƏYİN: Vəkildən təklif
Xəbər verdiyimiz kimi, Nyu-York Federal Məhkəməsi ABŞ-da həbs olunan Türkiyə vətəndaşı, Cənubi Azərbaycandan olan iş adamı, məşhur türk müğənnisi Ebru Gündəşin həyat yoldaşı Rza Zərrabın pul girovluğu qarşılığında azadlığa buraxılacaq.

Movqe.az  xəbər verir ki, Nyu-York məhkəməsi Rza Zərrabın 50 milyon dollar müqabilində azadlığa buraxılması barədə qərarı bir həftə ərzində vəkil və hakimlərin birgə təyin edəcəyi vaxtda verəcək.

Son məhkəmə prosesi zamanı vəkillərin Zərrabla bağlı məhkəməyə irəli sürdüyü şərtlər gün işığına çıxıb.

Məlumata görə, Zərrabın vəkili Bencamin Brafman son məhkəmə prosesində məhkəməyə maraqlı bir təklif irəli sürüb.

O, bunları deyib: "Əgər Zərrab azadlığa çıxdıqdan sonra öhdəlikləri pozar və qaçmağa təşəbbüs göstərərəsə, polis hətta onu güllə ilə vura da bilər. Yəni istəsəniz, bunu edə bilərsiz".

Qeyd edək ki, Zərrab azadlığa çıxarsa xüsusi bir otaqda saxlanılacaq. Polis və həkim nəzarəti olacaq. Hətta o, GPS vasitəsilə də izlənəcək.

Xatırladaq ki, Rza Zərrab 2016-cı il martın 19-da ABŞ-ın Mayami şəhərində bank fırıldaqçılığı və İrana qarşı sanksiyaları pozmaq ittihamları ilə həbs olunub./publika.az/