İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul şəhərində 19
kürd əsilli qızı ictimaiyyət qarşısında edam ediblər.
Movqe.az xəbər verir ki, bu barədə
RİA Novosti məlumat yayıb.
Hadisə şahidi Abdulla əl-Mallanın sözlərinə görə, iyunun 2-də İŞİD
terrorçuları Mosulun mərkəzi meydanlarının birində 19 qızı yüzlərlə
insanın gözü önündə yandıraraq edam ediblər.
"Qızlar xəlifət döyüşçülərinin seks kölələri olmaqdan imtina
etdikləri üçün cəzalandırılıblar", - Abdulla deyib.
"Onları dəhşətli edamdan xilas etmək üçün heç kim heç nə edə
bilmədi", - o əlavə edib.
azvision.az