ATV-nin aparıcısı və işçiləri döyüldü - Video

6 İyun 2016 10:20 (UTC+04:00)

ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin əməkdaşları fiziki hücuma məruz qalıblar. Çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olub. Restoran sahibi aparıcı Azər İsmayılov və verilişin əməkdaşlarını təhqir edərək, onları məkandan zorla uzaqlaşdırıb.