Ermənistanda hərbçilərin olduğu avtomobil aşıb

6 İyun 2016 11:22 (UTC+04:00)

Ermənistanın Lori vilayətində avtomobilin aşması nəticəsində hərbi qulluqçular xəsarət alıb.

 Movqe.az-ın  verdiyi xəbərə görə, hadisə Vanadzor-Dilican yolunda baş verib.

 

Avtomobil yoldan çıxararaq dərinliyi 50 metr olan yarğana yuvarlanıb.

 

Sürücü və sərnişin xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir./apa/