Elza küsülü olduğu İlhamə Quliyevanı yamsıladı: "İmana gəlib..." / VİDEO

6 İyun 2016 11:36 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan mərhum xalq artisti İlhamə Quliyevaya mahnı həsr edib.


Movqe.az  xəbər verir ki, sağlığında primadonna ilə yola getməyən E.Seyidcahan ATV maqazin onlarla verilişində sözügedən mahnını mərhum sənətçinin tərzində ifa edib.


İ.Quliyevanı xatırladan E.Seyidcahan bildirib ki, əgər sağ olsaydı, yəqin ki, bu mahnını özü oxuyardı:


"Bu mahnıda İlhamə xanımın istəkləri var. Həyatı heç tərk etmək istəmirdi. Bu baxımdan "İmana gəldim" mahnısını ona ithaf edirəm"./big.az/