ATV-nin tanınmış cütlüyü ayrılır? - İDDİA

6 İyun 2016 12:30 (UTC+04:00)

 ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı Samirə Mustafayeva yollarını ayırıb.


Movqe.az-ın verdiyi məlumatına görə, cütlük boşanma ərəfəsindədir. Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar. 


Məsələ ilə bağlı Lent.az-a danışan S.Mustafayeva yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Bunlar hamısı boş şeylərdi. Şəxsi həyatım barədə  danışmaq istəmirəm"./lent.az/