Doğuş və Xoşqədəm əkizlər haqda: "İstəyirik Arda Turan kimi olsunlar"

6 İyun 2016 13:00 (UTC+04:00)
Türkiyəli müğənni Doğuş və aparıcı xanımı Xoşqədəm Hidayətqızı ötən ay dünyaya gələn əkizlərindən danışıb.

Movqe.az xəbər verir ki, "Sabah" qəzetinə müsahibə verən Doğuş ata olduqdan sonra çox həssaslaşdığını deyib. 42 il ata olacağı anı gözləyən ifaçının müsahibə zamanı da tez-tez gözləri dolub. 

X.Hidayətqızı əkizlərin birinin futbolçu, digərinin isə siyasətçi olmasını istədiyini dilə gətirib. 

Özünü bakılı hesab etdiyini deyən Doğuş "Həyat yoldaşım əkizləri Bakıda dünyaya gətirmək istəyirdi. Amma mən icazə vermədim. Türk pasportu çox önəmlidir. Bunun dəyərini gələcəkdə daha yaxşı başa düşəcəklər" deyə,  əlavə edib. 

Doğuş oğullarının Arda Turan kimi futbolçu olmasını arzuladığını bildirib:

"Vəsiqələrini mən çıxartdırdım. Həmin an yaşadığım həyəcanı və xoşbəxtliyi ifadə edə bilmərəm. Ata olmaq fərqli hissdir. Artıq həyatımız onlara uyğun qurulur. Ailə qurmaq hər şeyi dəyişdirdi. İndi iki övlad bəs etmir. Düşünürəm, dörd-beş uşağımız olsun.".

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyü əkizlərə Arın və Arda adını qoyub.