"Qəbələ" qapıçısı ilə yollarını ayırdı

6 İyun 2016 13:30 (UTC+04:00)

"Qəbələ" qapıçı Andrey Popoviçlə yollarını ayırıb.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, 2015-ci ilin yayından "qırmızı-qara" forma geyinən 24 yaşlı futbolçu komandamızın heyətində 1 mövsüm çıxış edib. Qolkiper 2015-2016-cı illər mövsümündə "Qəbələ"də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb. Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. Andrey "qırmızı-qaralar"ın heyətində Topaz Premyer Liqasının bürünc mükafatını qazanıb.


"Qəbələ" İdman Klubu Andrey Popoviçə "qırmızı-qara" forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.