Saatlıda yanğın zamanı ruhi xəstə yanaraq ölüb

6 İyun 2016 13:36 (UTC+04:00)

Saatlıda baş vermiş yanğın zamanı bir nəfər dünyasını dəyişib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 6-da saat 02 radələrində Saatlı rayonunun Xanlarkənd kəndində yaşayan ruhi xəstə Elşad Əmirovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra E.Əmirovun yanmış meyiti tapılıb.Araşdırma aparılır.