"Ayaqlarımı tanınmış oliqarxlardan biri çox bəyənib" - Məleykəyə qarşı QARA PİAR

6 İyun 2016 15:42 (UTC+04:00)
Bir çox tanınmış və sevilən məşhurlar kimi Xalq artisti Məleykə Əsədovanın da adına sosial şəbəkələrdə qara piar başladılıb. Belə ki, xalq artistinə laiq olmayan ifadələr onun şəkilləri altına yazılaraq, bilərəkdən insanlarda qıcıq yaradılır. Son paylaşımda M. Əsədovanın dilindən belə yazılıb: 

"Mənim ayaqlarımı tanınmış oliqarxlardan biri çox bəyənib və müəyyən məbləğdə sığortalayıb. Ayaqları sığortalanan yeganə Azərbaycan aktrisasıyam". 



Movqe.az xəbər verir ki, bu ifadələrlə bağlı M. Əsədova ilə əlaqə saxladıq. Bu sözləri eşidib, şoka düşən xalq artisti big.az-a  açıqlamasında bildirib: 

" Ayıbdır, düzü. Bu sözlər nəinki mənə heç ruhuma aid deyil. Məni tanıyan insanlar bilir ki, mənim mənəviyatım necə zəngindir. Bu sözləri mənim adımdan yazan insanı Allaha tapşırıram. Mən Allaha bağlı insanam. Bekar insanlardır, Allah cəzalarını verəcək. Sosial şəbəkədən çox da anlayışım yoxdur. Sadəcə instagram səhifəm var, onu özüm yönəldirəm, vəssalam. Hər kəs bilsin ki, o sözləri mən deməmişəm və mənim adımdan o sözləri kimsə yazıb".