Ata qızının bağça müəlliməsinə "Mercedes" bağışladı - FOTO
6 İyun 2016 19:00 (UTC+04:00)
Atadan bağçanı bitirən qızının müəlliməsinə
sürpriz.
Movqe.azın məlumatına
görə, qeyri-adi və bahalı hədiyyəni neftlə zəngin olan Küveytdə
ediblər.
Varlıların çox olduğu ölkədə kişi sevincindən
qızının müəlliməsinə "Mercedes" bağışlayıb.
Nur el Faris adlı qızın atası övladının məktəbə
qədəm qoyacağına o qədər sevinib ki, müəlliməyə "Mercedes"in ən son
modelini bağışlayıb.
Üzərində balaca Nurun əyləşdiyi maşının ön
şüşəsində isə belə yazılıb: "Bu maşın ən sevimli müəlliməm Nadia
üçündür".
Adını açıqlamayan ata isə dünya mətbuatında yer
alan fotodan sonra açıqlama verib. O deyib ki, balaca qızı bu il
anasını itirib. Nadia müəllimə isə bu müddətdə qızı ilə o qədər
şəfqətli və mehriban olub ki, ona bu dərdi
yaşatmayıb./anspress/