Məşhur və gizli detalları ilə sizi təəccübləndirəcək 10 Loqo
6 İyun 2016 19:30 (UTC+04:00)
Şirkətlər korporativ stilin formalaşdırılması
zamanı müxtəlif faktorlara üstünlük verirlər. Bəziləri minimalist
və tez başa düşülən, digərləri isə mürəkkəb və mütləq bir gizli
mesajı olan loqolarla ön plana çıxırlar. Dropbox, Microsoft və
Google kimi şirkətlərlə işləyən Lo Min Ming isə düşünür ki, yaxşı
loqo "yaddaqalan, fərqli və tez tanınan" olmalıdır. Bu gün biz sizə
məhz məşhur və gizli mənası olan loqolardan bəhs edəcəyik.
Beləliklə, başladıq!
FedEx
Dünyanın ən "sirli" loqolarından biri sayılır. Bu
günə qədər 40-dan çox mükafat alan FedEx loqosunda incə bir detal
var. E və X hərfləri arasında yaranan boşluq karqo şirkətinin
hədəflərini təmsil edir. Solda sağa doğru istiqamətlənən ox işarəsi
"sürət və dəqiqliyi" simvolizə edir.
Sony Vaio
Vaio ən yadda qalan loqolardan biridir. "V" və "A"
hərfləri analoq siqnalını, "İ" və "O" isə rəqəmsal olanı göstərir.
Bu hərflərin birləşməsi "Vaio" sözündən əlavə "texnologiyanın
analoqdan rəqəmsala doğru təkamülünü" də təmsil
edir.
Amazon
İnternet dövrünün ən məşhur markalarından biri
olan Amazon loqosu ilə müştərilərə gülümsəyir. Ancaq bundan əlavə
bir detal da var. Sarı xətt "A" və "Z" hərflərini işarələyərək
"A-Z’yə qədər hər şey var" mesajını verir.
Toyota
Toyotanın qəliz görünsə də, əslində çox sadə
loqosu var. Üç ovaldan ibarət loqoda gizlənmiş Toyota sözü
var.
Toblerone
İsveçrənin bütün dünyada məşhur olan bu şokolad
markasının loqosunda Matterhorn dağı və bu dağda ayı şəkli
gizlənib. Diqqətlə baxsanız, ayını görə
bilərsiniz.
Wikipedia
Qlobus formasında loqo fərqli dillərdən hərflərin
puzzle formasında birləşməsindən ibarətdir. Bu Wikipedia’nın
çoxdilli sayt olmasını göstərir. Boş puzzle yeri isə Wikipedia’nın
tamamlanmış və böyüməyə davam edən layihə olduğunu simvilizə
edir.
Continental
Continental sözündə ilk iki hərfinin iç-içə
girməsi ilə istehsal etdikləri təkərləri loqoda
göstərirlər.
Museum of London
İlk baxışdan çox sadə ve heç bir gizli detalı
yoxmuş kimi görünən London Muzeyinin loqosunda fərqli formalarda
rənglər tarix boyu dəyişilən Londonun ərazisini
göstərir.
Cisco
Cicso iki rəngdən ibarət loqosunun yuxarı
hissəsində olan göy siqnallar şirkətin texnologiya ilə məşğul olan
şirkət olduğunu göstərir. Eyni zamanda həmin göy xəttlər Cisconun
ilk qeydiyyatdan keçdiyi San Francisco şəhərindəki məhşur Golden
Gate körpüsünü simvolizə edir.
Tour De France
Fransada keçirilən dünyanın ən məşhur velosiped
yarışmasıdır. Loqodaki "r" hərfi velosiped sürən adam formasına
hazırlanıb.
pahoo.az