Qulu Məhərrəmli vəzifədən kənarlaşdırıldı

6 İyun 2016 16:17 (UTC+04:00)

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli vəzifəsindən azad edilib.


Movqe.az bildirir ki, Dilçilik İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Elmi Şuranın növbədənkənar iclası keçirilib.

 

İclasda Q. Məhərrəmlinin istefa ərizəsinə baxılıb və ərizə qəbul olunub.

 

Qeyd edək ki, Q. Məhərrəmli Monitorinq şöbəsinə 2014-cü ildən rəhbərlik edib. O, şöbə müdiri olarkən Dilçilik İnstitutunun "qaynar xətt"i fəaliyyətə başlayıb. Q. Məhərrəmlinin rəhbərliyi altında reklamlarda, ictimai iaşə obyektlərində, yazılı və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, Azərbaycan dilinin normalarına əməl edilməsi səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib.