Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib

6 İyun 2016 17:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.


Movqe.az-ın məlumatına görə, Berlin şəhərinin Tegel hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.