Sosial şəbəkələrdə diqqətli olun

10 Avqust 2018 09:00 (UTC+04:00)

Ayrı-ayrı insanlar arasında populyarlıq insanın cəmiyyətdəki mövqeyinə bilavasitə təsir edir. 

 

Movqe.az milli.az-a istinadən bildirir ki, ABŞ alimləri tədqiqat apararaq bəzi insanların hansı səbəbə görə digər insanlardan daha çox diqqət cəlb etməsini öyrənmək istəyiblər. Tədqiqatçılar əsas kimi insanın sosial şəbəkələrdə özünü aparmasını götürüblər.

 

Eksperiment iştirakçıları insanları fotoşəkil ilə qiymətləndirən zaman onların beyni baş-beyinin daha fəal hissələrini müəyyənləşdirən funksional maqnit-rezonans tomoqrafiyası metodu ilə öyrənilib. Məlum olub ki, insanların digərlərini populyar kimi qəbul etməsinə baş-beyin qabığında olan xüsusi neyron qiymətləndirmə sistemi cavabdehdir. Sistem hətta bu və ya digər insanların ətrafdakılar üçün onların özlərini cəlbedici hesab etməsələr belə, cəlbedici olmasını müəyyənləşdirir.