Nigeriyanın Kaduna əyalətində Azərbaycan və Qafqazın səsi (FOTO)

6 İyun 2016 18:30 (UTC+04:00)

Qafqaz Universitetinin Multikulturalizm Tələbə Dərnəyi qətiyyətli fəaliyyəti nəticəsində "Hər damlada həyat var" layihəsini müvəffəqiyətlə başa çatdırıb.


Universitetdən  verilən məlumata görə, dərnək üzvlərinin təşəbbüsü ilə yardım toplanaraq Nigeriyanın Kaduna əyalətində su quyusunun açılışı olub. Yüzlərlə insanı su ilə təmin edəcək bu layihənin ərsəyə gəlməsi təqdirəlayiqdir.


Multikulturalizm Tələbə Dərnəyinin üzvləri "1 damla - 1 qəpik" deyərək şövqlə çıxdıqları bu yolda növbəti su quyularının açılışı üçün fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər./trend/