Ayla Beyazitə olan sevgisindən danışdı

7 İyun 2016 10:15 (UTC+04:00)

Ötən gün Türkiyənin məşhur şoumeni Beyazit Öztürk dostları ilə birlikdə kariyerasının 20-ci ilini qeyd edib.


Movqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, təşkil etdiyi maraqlı gündə çəkilən fotoları sosial şəbəkədə paylaşıb. Fotoda müğənni Ayla Çelikin də olması yeni şayiələrin yayılmasına səbəb olub. Belə ki, həm media nümayəndələri, həm də sosial şəbəkə istifadəçiləri onların sevgili olduğunu düşünüblər.


Müğənni Ayla Çelik isə bu barədə açıqlama verərək mübahisələrə son qoyub:


"Beyazit mənim çox istədiyim biridir. Bir dəfə duet oxuduq, bir dəfə "selfie" çəkdik deyə sevgiliyik demək deyil".