Qazaxıstanda öldürülən terrorçuların sayı 13 nəfərə çatdı

7 İyun 2016 11:15 (UTC+04:00)

Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror hücumları zamanı öldürülən ekstremistlərin sayı 13 nəfərə çatıb.   Bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Saudabayev deyib. O bildirib ki, daha 4 ekstremist yaralanıb, 7 nəfər isə axtarışdadır: "Ölkənin daxili işlər orqanlarının bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışır. Şəhərdə və ümumilikdə respublika ərazisində vəziyyət stabil və nəzarət altındadır".   Xatırladaq ki, iyunun 5-də Aktobe şəhərində 2 silah mağazasına və hərbi hissəyə hücum edilib. Atışma zamanı 3 nəfər dinc sakin və 3 hərbçi həlak olub.(APA)