İstanbulda polis avtomobili partladıldı - FOTO

7 İyun 2016 11:32 (UTC+04:00)

İstanbulda polis avtomobilində partlayış olub. 


Movqe.az xəbər verir ki, nəticədə 8 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.


Partlayışdan sonra ərazidə atışma səsləri eşidildiyi bildirilir.


Hadisə yerinə yanğınsöndürən maşınlar və xilasedicilər cəlb edilib.


Hökumət insidentlə bağlı hələ heç bir rəsmi bəyanat səsləndirməyib.