Türkiyədə turizmin inkişafı naminə bir Airbus batırıldı

7 İyun 2016 12:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Türkiyənin səlahiyyətliləri Egey dənizində çox məşhur olan Kuşadası turist kompleksi yaxınlığında Airbus A300 sərnişin təyyarəsini sualtı üzgüçülük turizmini inkişaf etdirmək üçün batırılıb.Qanadları ilə birlikdə eni 144 metrə, uzunluğu 54 metrə çatan təyyarə ötən şənbə günortadan sonra Aydın əyalətinin Kuşadası sahillərinə suya oturdulub. "Doğan və Cihan" agentliyinin verdiyi məlumata görə, 36 yaşlı hava gəmisi Aydın şəhəri tərəfindən xüsusi aviasiya şirkətindən  270000 lirəyə (93000 dollar, 82000 avro) alınıb.