AFFA İcraiyyə Komitəsinin iclası keçirilir

7 İyun 2016 14:45 (UTC+04:00)

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, qurumun inzibati binasında keçiriləcək toplantı saat 10:30-da başlayacaq.

İclasın gündəliyi rəsmən açıqlanmır. Amma əsas müzakirələrin Azərbaycan Premyer Liqasının hazırkı durumu ilə bağlı aparılacağı gözlənilir. Növbəti mövsümdə iştirak üçün cəmi 8 komandanın lisenziya ala bilməsindən sonra yüksək liqaya yeni komandaların buraxılma məsələsi də gündəmdədir.