Selena Qomes erotik klipini yaydı - VİDEO - FOTO

7 İyun 2016 15:00 (UTC+04:00)

Məşhur amerikalı aktrisa və müğənni Selena Qomes "Kill Em With Kindness" ("Bizi incidənlərə şəfqətlə cavab verək") adlı yeni mahnısının videoklipini sosial şəbəkələrdəki profillərində və YouTube-da paylaşıb.

Movqe.az TMZ-yə istinadən bildirir ki, 28 yaşlı müğənninin yeni klipinin rejissoru Emil Navadır.

Selena Qomes yeni "Revival" albomunun promoşunu çərçivəsindəki "Revival World Tour" turnesini davam etdirir. O, bu gün ABŞ-ın Şimali Karolina ştatındakı Şarlott şəhərində konsert verəcək.

Turne dekabrın 18-də Meksikada başa çatacaq.