Lüks avtomobillər burada çürüyür - FOTO

7 İyun 2016 15:15 (UTC+04:00)

Bu avtomobil dayanacağında superlüks, çox bahalı avtomobillərin sayı az deyil. Onlar kolların içində, otların arasında çürüyür.

Movqe.az milli.az-a istinadən bildirir ki, Çendu şəhərindəki cərimə dayanacağındakı avtomobillər arasında 2 Bentley, 2 Land Rover, 3 lüks Mercedes Benz var.

Dayanacaqda toz basmış 200 avtomobilin bir qismi cinayət işlərində subyekt olan nəqliyyat vasitələridir, yerdə qalanı da sənədləşdirmədə saxtakarlıqlar aşkarlandığı üçün müvəqqəti müsadirə olunub.

Kolların arasında qalmış Bentley Continental GT və Bentley Flying Spur avtomobillərinin hər birinin minimal qiyməti 500 min dollardır.