Ərdoğan: “Terroru lənətləyirik”

7 İyun 2016 15:30 (UTC+04:00)

"İstanbulda baş verən terror hücumunu lənətləyirik".Movqe.az-ın "Milliyet"ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında İstanbulda törədilən terror hadisəsi zamanı yaralanmış mülki şəxs və polisləri Haseki Tədris və Araşdırmalar Xəstəxanasında ziyarət edərkən deyib. O, şəhidlərə rəhmət diləyib, yaralanmış polis və mülki şəxslərin tez bir zamanda sağlamlıqlarına qovuşmalarını arzulayıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində ard-arda 2 partlayış törədilib. Nəticədə 11 nəfər ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır. NTV kanalının məlumatına əsasən, yaralananlardan biri Azərbaycan vətəndaşıdır.