Qarpızlar yoxlanacaq

7 İyun 2016 14:58 (UTC+04:00)

"İyul ayının 10-dan sonra ölkə ərazisində yetişdirilən qarpızlarının yoxlanılmasına başlanılacaq". Bu sözləri Movqe.az-a acıqlamasında Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin laboratoriya müdiri Rəşad Vahabzadə söyləyib. Onun sözlərinə görə, hələki satışda yerli qarpızlar yoxdur: "Bazara yeni qarpızlar gələndə müfəttişlərimiz onlardan bir necəsini nümunə kimi labarotoriyaya gətirir, qarpızın tərkibi nitratın miqdarına görə yoxlanılır. Hələlik yerli qarpızlarla bağlı belə yoxlama aparılmayıb. Yəqin ki, bazarda satışa çıxarılan, yerli qarpızlar iyun ayının 10-dan sonra yoxlanılacaq".

Laboratoriya müdiri iyun ayından qarpızların səyyar yoxlanışına başlayacaqlarını bildirib: "Xidmət bu mövsüm də "təkər üstündə laborator" üsulunu tətbiq edəcək. Qarpızlar  səyyar laborotoriyalarımız vasitəsilə yoxlama aparılacaq".