Almaniya Minsk qrupunun insidentlərin araşdırılması üzrə səylərini dəstəkləyir

7 İyun 2016 15:50 (UTC+04:00)

ATƏT-ə sədrlik edən Almaniya təşkilatın Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması mexanizminin yaradılması üzrə səylərini dəstəkləyir.


Bunu Almaniyanın ATƏT-dəki nümayəndəliyinin ofisinin mətbuat xidmətindən deyiblər.


Mətbuat xidmətindən bildiriblər ki, Almaniyanın ATƏT-dəki sədrliyi Minsk qrupunun həmsədrlərinin işini, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin komandasının genişləndirilməsi üzrə işi tam dəstəkləyir./trend/