İntihar etmək istəyən Sumqayıt sakini xilas edildi

7 İyun 2016 16:00 (UTC+04:00)

Bu gün gündüz saatlarında intihar etmək istəyən Sumqayıt sakini xilas edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Sumqayıt şəhərində 1 nəfərin intihar etmək məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.Əməliyyat saat 13:45-də başa çatıb.