Əri ölən müğənninin yeni sevgilisi - FOTO

7 İyun 2016 21:30 (UTC+04:00)

Dünyaca məşhur müğənni Selin Dionun gənc oğlanla eşq yaşadığı xəbərləri yayılıb. 


Movqe.az axşam.az-a istinadən bildirir ki, Kevin Jiruar adlı oğlan sənətçinin musiqi qrupunda gitarada ifa edir.


"Kevin konsertlərdə Selindən gözlərini çəkmir. Müğənninin də son günlər xoşbəxt olduğu və oğlanla səmimi münasibəti nəzərdən qaçmır", - deyə mənbə bildirib. 


Onlar arasındakı yaxınlaşma Dionun Las-Veqasdakı konserti zamanı başlayıb. Kevinin 30 yaşı var, Selin Dionun isə martda 48 yaşı tamam olub. 


Qeyd edək ki, müğənninin özündən 25 yaş böyük olan həyat yoldaşı Ancelil yanvarda xərçəng xəstəliyindən dünyasını dəyişib.