Təzə gəlinin dişlərini sındırıb ağzına ilan soxdular

7 İyun 2016 17:30 (UTC+04:00)

Dəhşətli hadisə Türkiyənin Ərzincan vilayətində baş verib.


Movqe.az bildirir ki, yeni evlənən qadın həyat yoldaşı tərəfindən dəhşətli işgəncələrə məruz qalıb.


Onun saçları kökündən qoparılıb, ağaca bağlanıb kəlbətinlə dırnaqları çıxarılıb, ayaqları sındırılıb, uzun müddət ac saxlanılıb. 30 yaşlı qadın Antalyadakı xəstəxanalardan birinə yerləşdirilib. Məlum olub ki, 30 yaşlı bu qadın 8 ay əvvəl ailə həyatı qurub.


Qayınanası və əri tərəfindən olmazın işgəncələrə məruz qalan qadının əlləri və ayaqları bağlandıqdan sonra ağzına diri ilan salaraq ona iztirab yaşadıblar. İlkin müayinə zamanı qadının bədənində onlarla sınıq və küt travma aşkarlanıb, onun dişlərinin sındırıldığı, ciddi psixoloji zədə aldığı üzə çıxıb.


Qadının həyat yoldaşı artıq həbs edilib./big.az/