MM-in növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası iyunun 14-də keçiriləcək

8 İyun 2016 11:00 (UTC+04:00)

Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

 

MM-dən Movqe.az-a  verilən məlumata görə, iclas iyunun 14-də keçiriləcək.

 

İclasın gündəliyi hələlik müəyyənləşməyib.

 

Qeyd edək ki, MM-in yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb.

 

Bununla bağlı deputatların müraciəti əsasında qərar qəbul edilib. Növbədənkənar sessiya çərçivəsində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclas keçiriləcək.

 

Sessiyanın iyunda keçirilməsi nəzərdə tutulub.