Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatları araşdırır

8 İyun 2016 10:40 (UTC+04:00)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatlara münasibət bildirib.

 

Movqe.az xəbər verir ki, komissiyadan  bildirilib ki, iyunun 7-də Azərbaycan vətəndaşının Ermənistan Respublikasına keçməsi və orada saxlanması barədə bu ölkənin kütləvi informasiya vasitələrində yayılmış məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən araşdırılır.


Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. 

 

Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar  işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.     

 

Xəbərə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyi Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə artıq məlumatlandırılıb.  

 

Lakin Tovuz rayon polisindən, eləcə də icra orqanlarından  bildirilib ki, Yanıqlı kəndində Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxs yaşamayıb./apa/