Rəqsanə qızının nişan tarixini açıqladı

8 İyun 2016 11:17 (UTC+04:00)

Müğənni Rəqsanə ismayılova qızı Aysuna nişan edəcək. 


MNovqe.az xəbər verir ki, axşam.az-a açıqlama verən ifaçı mərasimin bu ayın 28-də baş tutacağını deyib:


"Hə" verilib, indi nişana hazırlaşırıq. Nişanı balaca qızım Yağmurun ad günündə edəcəm, yəni iyunun 28-də. Üzüklər həmin gün taxılacaq. Oğlan Türkiyə vətəndaşıdır və orada yaşayır, amma nişanı Bakıda edəcəyik".


R.İsmayılova nişanın bir neçə gün davam edəcəyini bildirib: 


"Şou-biznes olan məclisdə qonaqlar çox olur, nə otura, nə də yemək yeyə bilirlər. Qohum-əqraba üçün ayrı, şou-biznes nümayəndələri üçün ayrı məclis olacam. Xına mərasimi də edəcəm".


Müğənni məclisin media üçün açıq olacağını da vurğulayıb:


"Onsuz da qapalı məclis etmək alınmır. Qonaqlar şəkil çəkdirir, sosial şəbəkədə yayır. Ona görə də niyə medianın xətrinə dəyim ki? Nəyim var ortalıqdadır, niyə gizlədim? Mənim xoş günümdür, gəlib çəksinlər"