AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı məlum olub

8 İyun 2016 11:50 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda iyunun 15-də Azərbaycana gələcəklər.

 

Movqe.az-ın məlumatına görə, səfərdə əsas məqsəd iyunun 18-də 90 saylı Ağdaş Seçki Dairəsində keçiriləcək təkrar parlament seçkilərini müşahidə etməkdir. Bundan başqa, həmməruzəçilər Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi istiqamətində araşdırmalar aparacaq, görüşlər keçirəcəklər.

 

Xatırladaq ki,  AŞPA-nın 5 müşahidəçisi təkrar seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Missiyanın rəhbəri Yordi Çukla təyin edilib. Y. Çukla 1 noyabr 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə də AŞPA müşahidə missiyasının rəhbəri olub.