Del Boske: "Gürcüstana uduzmaq heç nəyi dəyişdirmir"

8 İyun 2016 12:25 (UTC+04:00)

İspaniya AVRO-2016 öncəsi keçirdiyi son oyunda Gürcüstana minimal hesabla uduzub. Bununla da hazırki Avropa çempionlarının 11 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Visente Del Boske bunları deyib:


"Məyus olduq. Pis oynamadıq, amma intizamlı müdafiə xəttini yara bilmədik. Qarşıda bizi vacib turnir gözləyir. Bu nəticə əhvalımızı korlamalı deyil. Avropa çempionatını qorxu olmadan gözləyirik. Gürcüstana uduzmaq heç nəyi dəyişdirmir. Birinci hissədə geridən oynadıq. Fasilədən sonra İniesta yaxşı təsir bağışladı. Son zərbələrdə effektiv ola bilmədik".