"WhatsApp"dan daha bir maraqlı YENİLİK - FOTO

8 İyun 2016 15:30 (UTC+04:00)

Tezliklə dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"da əla yenilik olacaq.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, artıq "WhatsApp" GİF formatlı faylları dəstəkləyəcək. 

Hal-hazırda bu yenilik İOS platformalı telefonlarda "WhatsApp"-ın 2.16.7.1 versiyasında "beta" formada təqdim edilib.

Qeyd edək ki, yenilik qısa zamanda Android platformalı telefonlar üçün də təqdim olunacaq.