Türkiyədə növbəti partlayışı PKK törədib: ölənlər var (ƏLAVƏ OLUNUB)

8 İyun 2016 13:32 (UTC+04:00)

Türkiyənin Mardin vilayətində polis məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb.


Movqe.az-ın trend-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölən və yaralananlar var.


Hazırda onların sayı dəqiqləşdirilir.


Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəliblər.


İlkin məlumata görə, partlayışı PKK terror təşkilatı törədib. İnsidentdən sonra vilayətdə PKK-ya qarşı geniş əməliyyatlar başlayıb.