7 min kilometr yol gəldi və tanımadığı uşağın həyatını xilas etdi - FOTOLAR

8 İyun 2016 20:00 (UTC+04:00)
Artıq 13 yaşlı Mahendra bir ingilis qadının köməyi ilə dostları ilə rahat vaxt keçirə bilir.

Hindistanın Delhi şəhərində yaşayan 13 yaşlı Mahendra Ahirwarın boynu anadangəlmə 180 dərəcə əyridir. Bu yaşına qədər 50 dən çox həkimə göstərilən Mahendraya heç kim kömək edə bilmədi. Ta ki, həyatına heç tanımadığı Julie Jones girənə qədər...
7 min kilometr yol gəldi və tanımadığı uşağın həyatını xilas etdi - FOTOLAR
Xarici görünüşü ilə insanlardan uzaq gəzən bu uşağa Liverpoolda yaşayan Julie adlı bir qadın əl uzadıb. Julie Jones uşağın müalicəsi üçün təxminən 170 min dollar pul toplayıb. 

41 yaşlı ata Mukesh Ahirwar və 36 yaşlı ana Sumitra Ahirwar illərlə müalicə üçün pul xərclədilər. Lakin heç bir nəticə əldə olunmadı. Julie Jones isə uşağın və onun ailəsinin həyatını dəyişə bildi. Hindistanda məşhur cərrah sayılan həkim Rajagopalan Krishnan 13 yaşlı uşağı əməliyyat edə biləcəyini bildirdi. 
7 min kilometr yol gəldi və tanımadığı uşağın həyatını xilas etdi - FOTOLAR
Həkimlə danışıqlardan sonra Delhiyə uçan Julie, əməliyyatın pulunu ödəyib. Əməliyyatın uğurla bitməsindən sonra isə sevinc gözyaşları axıb. Mətbuata açıqlama verən Julie bir uşağın həyatını xilas etdiyi üçün çox xoşbəxt olduğunu deyib. 
7 min kilometr yol gəldi və tanımadığı uşağın həyatını xilas etdi - FOTOLAR
7 min kilometr yol gəldi və tanımadığı uşağın həyatını xilas etdi - FOTOLAR
Artıq 13 yaşlı Mahendra bir ingilis qadının köməyi ilə dostları ilə rahat vaxt keçirə bilir, onlarla oyun oynayır, həmçinin təhsilini davam etdirir./bizimyolinfo/