Boliviya prezidenti əməliyyat olunacaq

8 İyun 2016 23:00 (UTC+04:00)

Boliviya prezidenti Evo Morales yaxın saatlarda aldığı zədə üzündən dizindən əməliyyat olunacaq.


Movqe.az report-a istinadən bildirir ki, bu barədə bazar ertəsi prezident yanında nazirlik məlumat yayıb.


"Həkimlərin tövsiyələrinə müvafiq olaraq Evo Morales yaxın saatlarda xəstəxanaya yerləşdiriləcək və əməliyyat olunacaq", - deyə məlumatda bildirilir.

İdarənin məlumatına görə, dövlət başçısı şənbə günü futbol oyunu zamanı sol ayağında bağları zədələyib.