Ərdoğanın mətbuat katibi: Avropa ölkələri terrorçuluqla mübarizədə səmimi deyillər

8 İyun 2016 18:10 (UTC+04:00)

Avropa ölkələri terrorçuluqla mübarizədə səmimi deyillər.


Movqe.az-ın  trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.


Onun sözlərinə görə, Avropa ölkələri sadəcə təəssüflərini bildirmək əvəzinə, terrorçuluqla mübarizədə Türkiyəyə real dəstək verməlidir: "Türkiyədəki son hadisələr göstərdi ki, Ankara terrorçulara güzəştə getməməlidir".