Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

9 İyun 2016 09:37 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 9 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.


Mərkəzi Bankdan Movcqe.az-a  verilən məlumata görə, iyunun 9-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5084 manat təşkil edir.


Manata nəzərən avronun məzənnəsi isə 1,7203 manat təşkil edir.


1 türk lirəsi 0,5217 manat, 1 rus rublu 0,0236 manatdır.