Dünyanın ən iyrənc heykəli qalmaqal yaratdı - FOTO

9 İyun 2016 10:10 (UTC+04:00)

Bu abidə şəhərdə birmənalı qarşılanmayıb, böyük qalmaqala səbəb olub. Sakinlər bu heykəlin götürülməsini tələb edirlər.

Movqe.az milli.az-a  istinadən bildirir ki, İspaniyanın paytaxtı Madridin yaxınlığındakı Torrelodones şəhərciyində it nəcisi formasında heykəl qoyulub.

5 min dollara başa gəlmiş bu heykəli qoyanların dediklərinə görə, məqsəd şəhərin it saxlayan sakinlərinə "küçələrin təmiz saxlanması ilə bağlı" mesaj verməkdir.

Şəhər sakinləri isə qəzəbləniblər və sosial şəbəkələrdə #NoMasCacas heşteqi ilə küçələri batıran itlərin fotolarını paylaşırlar.

Sakinlər 3 metrlik üfürmə heykəlin götürülməsini tələb edirlər.

Dünən gecə heykəl oğurlanıb. Şəhər meri isə bəyan edib ki, elə həmin yerə eyni heykəl qoyulacaq