Ağsuda “Azərişıq”a məxsus transformator yanıb

9 İyun 2016 10:40 (UTC+04:00)

Ötən gecə Ağsuda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Ağsuda "Azərişıq" ASC-yə məxsus transformatorun bir ədəd qoruyucu açarı yanıb. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.