"50 kiloqramdan çox olsam, ölərəm" - Röya

9 İyun 2016 10:45 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan idmanla formada qaldığını bildirib. 


Movqe.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə çəkisini açıqlayıb:


"Hamı deyəcək, arıqsan da, nəyə lazımdır? Xanımlar və bəylər, idman arıqlamaq üçün deyil. İdman sağlamlıq üçündür, biz yaşlanırıq, cavanlaşmırıq, bədəni formada saxlamalıyıq. 


Mən 50 kiloqramdan çox olsam, ölərəm. Ən dorğursu bu deyilmi?".