Azərbaycanda şəxsin vətəndaşlığı itirməsi qaydası dəyişir

9 İyun 2016 13:05 (UTC+04:00)

Azərbaycanda şəxsin vətəndaşlığını itirməsi qaydasında dəyişiklik edilir. 

 

Milli Məclisdən Movqe.az-a verilən məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəllədə yenilik edilməsi nəzərdə tutulub. Məcəllənin 305-ci (Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər) maddəsində nəzərdə tutulan səlahiyyətlərə "Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında" bəndi də əlavə edilib.

 

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.