Moskva “Suriyanın Dostları”na qarşı
20 Aprel 2012 18:21 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Fransanın təşəbbüsü ilə təşkil edilən
"Suriyanın Dostları" adlı zirvə görüşündə Annan Planının Suriya
üçün son şans olduğu qeyd olunub.
Zirvə görüşü Parisdə təşkil olunub. 14 ölkə nümayəndəsinin
qatıldığı sammitdə Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlu
təmsil edib. Fransanın xarici işlər naziri Alain Juppe əsas
məqsədlərinin Annan Planını təsirli şəkildə tətbiq etmək
olduqlarını deyib.O həmçinin planın tətbiq olunmasına əmin olmaq
üçün oraya müşahidəçi missiyanı göndərmək lazım olduğunu deyib.
Zirvəyə dəvət edildiyi halda qatılmayan Rusiya isə danışıqların
'tək tərəfli' və 'Annan Planı'na zərər verici
xüsusiyyətlərinin olduğunu deyib.
Əfqanə Məzahirqızı
Mövqe.az